Parlament Kamran Əliyevlə bağlı razılıq verdi
01 May 2025, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86Qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq məhkəməyə verildi - Cərimələndi
HÜQUQ
265
09.04.2025, 17:48
Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Ramiz qızı Rzayevanı məhkəməyə veriblər.
Oxu24.com xəbər verir ki, teleqraf-ın əldə etdiyi xəbərə görə, iddia ərizəsinə Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə baxılıb.
İddiaçılar Elnarə Rzayevaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzibi, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.
Rzayevanın üzərinə onların ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barələrində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə bu ifadələrin əksini tapdığı “İnstaqram” internet platformasında öz durumundan (profilindən) üzr istəməsi, həmçinin eyni davranışların cavabdehə qadağan edilməsi və vurulmuş mənəvi ziyan kimi 50 min manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş ediblər.
İddia ərizəsində göstərilib ki, onlar Bakı və Sumqayıtda “LBC” adı altında estetik kosmetoloji klinikaları idarə edirlər, ölkə daxilində, eləcə də ölkə hüdudlarından kənarda çoxsaylı şəxslər tərəfindən peşəkar həkim kimi tanınırlar.
İddiaçılar bildiriblər ki, 2017-ci ildən özünü guya həkim-kosmetoloq kimi təqdim edən, heç bir tibbi təhsili və heç bir xüsusi icazəsi (lisenziyası) olmayan Elnarə Rzayeva müxtəlif sosial şəbəkələrdə onlara məxsus uğurlu estetik nəticələri əks etdirən foto-şəkilləri mənimsəyib və öz “İnstaqram” sosial platformasındaki durumdan (profildən) paylaşmağa başlayıb. Buna cavab olaraq Elnarə Rzayevaya bu hərəkətlərini dayandırması və gələçəkdə də təkrarlamaması barədə şifahi məlumat veriblər.
Lakin Elnarə Rzayeva onların ünvanına etikadan kənar, təhqiramiz sözlər yağdırıb, bu fəaliyyətini hətta açıq şəkildə sosial şəbəkələrdə canlı yayımda da davam etdirib.
Bununla bağlı iddiaçıları Nizami Rayon Məhkəməsinə müraciət ediblər və məhkəmənin 2 avqust 2018-ci il tarixli qətnaməsi ilə Elnarə Rzayevanın üzərinə onların ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, onların “Laser Beauty” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə üzr istəməsi vəzifəsi qoyulub.
Həmçinin eyni davranışlar Elnarə Rzayevaya qadağan edilib, vurulmuş mənəvi ziyan kimi iddiaçıların xeyrinə 10 min manat məbləğində pul vəsaitinin tutulması təmin olunub.
Buna baxmayaraq, Elnarə Rzayeva yenidən 12 oktyabr 2023-cü ildə özünə məxsus "İnstaqram" sosial şəbəkəsində Rəna Soltanova və Nigar Rüfətin, eləcə də onların klinikalarının ünvanına təhqiramiz post paylaşıb, şərh hissəsində təhqirlər üçün şərait yaradıb.
İddiaçılar Elnarə Rzayevanın bu əməllərindən dərhal sonra Yasamal rayon Polis İdarəsinə müraciət ediblər. İş araşdırılması üçün müstəntiqin icraatına verilib. Lakin oktyabrın 31-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.
Daha sonra Rəna Soltanova və Nigar Rüfət xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmənin hökmü ilə Elnarə Rzayeva 10 min məbləğində cərimə edilib.
Həmçinin oxuyun
Daha sonra apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət alıb, 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilib.
Rəna Soltanova və Nigar Rüfətin iddiası üzrə daha bir məhkəmə bu il fevralın 14-də yekunlaşıb. Hakim Ramin Quliyevin sədrliyi ilə keçirilən prosesdə yeni qətnamə çıxarılıb.
Elnarə Rzayevanın üzərinə iddiaçılar Rəna Soltanova və Nigar Rüfətin ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə bu ifadələrin yayıldığı “İnstaqram” internet platformasında öz durumu (profili) vasitəsilə üzr istəməsi vəzifəsi qoyulub.
Həmçinin Elnarə Rzayevaya iddiaçılara qarşı eyni davranışların edilməsi qadağan olunub. Mənəvi zərərə görə 500 manat pul Elnarə Rzayevadan tutularaq iddiaçılara ödənilməsi barədə də qərar verilib.
Qeyd edək ki, Elnarə Rzayeva bundan əvvəl də başqa-başqa iddialar üzrə məhkəməyə verilib. Bakıda yerləşən “Dr.Elnara” MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibbi fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyi məhkəmə qərarı ilə müəyyən edilib.
Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.
Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə “Dr.Elnara” MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibbi fəaliyyət (kosmetoloji) göstərdiyi aşkarlanıb.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. MMC barəsində 20.000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.
23:59 / 04 May 2025
Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə həlak oldu - FOTO
45
23:55 / 04 May 2025
Bu yolda sürət həddi endirildi
85
23:48 / 04 May 2025
Xaçmazda 73 yaşlı kişi intihar edib
40
23:38 / 04 May 2025
Moskvada yaşayış binasında güclü partlayış - Yaralılar var
41
22:12 / 04 May 2025
Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır - Putin
161
21:35 / 04 May 2025
Putin soyuducusunun içini göstərdi - VİDEO
182
21:15 / 04 May 2025
Ağır qəza baş verib - Yaralılar var
513
21:11 / 04 May 2025
AZAL İsrailə uçuşları dayandırıb?
85
20:33 / 04 May 2025
SON DƏQİQƏ! DİN bəyanat yaydı
1437
19:15 / 04 May 2025
Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
1755
18:07 / 04 May 2025
Onkoloqların tövsiyə etdiyi xərçəng əleyhinə səhər yeməyi
114
17:39 / 04 May 2025
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
384
15:54 / 04 May 2025
Günəşdən gələn təhlükə - Yeni araşdırma həyəcan siqnalı verir
195
15:54 / 04 May 2025
Si Cinpin Rusiyaya gedir
132
15:25 / 04 May 2025
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı, deport edilir
152
14:00 / 04 May 2025
Leysan,dolu,qar - Əhaliyə xəbərdarlıq
571
12:38 / 04 May 2025
“Vladimir Putin məndən xahiş etdi ki, dəvəti sizə çatdırım”
148
11:39 / 04 May 2025
Bu adamlara pomidor yemək qətiyyən OLMAZ...
201
10:59 / 04 May 2025
İsrail Türkiyə gəmisini VURDU
186
10:36 / 04 May 2025
May ayının bu günləri ilə bağlı VACİB XƏBƏRDARLIQ
659
10:33 / 04 May 2025
Kartdan oğurlanan pulları 1 saat ərzində qaytarmaq mümkündür -VİDEO
260
10:29 / 04 May 2025
Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
179
10:17 / 04 May 2025
Toyda faciə yaşandı:Yaralı var
1077
10:12 / 04 May 2025
Ekstrasensdən QORXUNC XƏBƏRDARLIQ
272
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.